Nazirlər
Kabineti Azərbaycan Respublikasının ərazisində ezamiyyə xərclərinin yeni
normalarını təsdiq edib. Nazirlər Kabinetinin saytında yerləşdirilmiş məlumata
görə, ezamiyyə xərclərinə aşağıdakı kimi dəyişikliklər edilib:
1.
Azərbaycan Respublikasının ərazisində ezamiyyə xərclərinin 1 günlük norması
Bakı şəhərində 65,0 manat, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində 50,0 manat,
respublika tabeli digər şəhərlərdə, rayon mərkəzlərində, şəhər tipli
qəsəbələrdə və kəndlərdə 45,0 manat müəyyən edilib.
Ezamiyyə
xərclərinə mehmanxana, rabitə, şəhərdaxili nəqliyyat (taksidən istifadə istisna
olmaqla) xərcləri daxildir. Azərbaycan Respublikasının ərazisində ezamiyyə
xərclərinin müəyyən edilmiş 1 günlük normasının 80 faizini mehmanxana xərcləri
təşkil edir.
Müəyyən
edilib ki, Azərbaycan Respublikasının ərazisində ezamiyyət zamanı mehmanxana
xərcləri barədə müvafiq təsdiqedici sənədlər təqdim edilmədiyi hallarda,
ezamiyyə xərclərinin 1 günlük normasının mehmanxana xərcləri üçün müəyyən
edilmiş hissəsinin 50 faizi ödənilir.
Qərar
imzalandığı gündən qüvvəyə minir.
Kamal Hüseynzadə
Hiç yorum yok:
Yorum Gönder